...

Ekologiyaya ziyan vuran şəxslər cərimələnib

Cəmiyyət Materials 10 Oktyabr 2007 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları oktyabr ayı ərzində beş nəfəri, ekoloji qanunvericiliyin tələblərini pozduğuna görə, cərimələyib. Bu barədə çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Departament əməkdaşlarının araşdırmaları zamanı Qazax rayonunun Nərimanov qəsəbəsində fəaliyyət göstərən U.Məmmədov və V.Rəhimov adlı fiziki şəxslərə məxsus gəc sexlərində işlənmiş avtomobil şinlərinin yandırılması faktı müəyyən olunub. Bununla əlaqədar, həmin şəxslərin hər biri İnzibati Xətalar Məcəlləsinin (İXM) 76-1.0.1 maddəsinə əsasən, inzibati qaydada cərimələnib. Nizami və Nərimanov rayonlarında fəaliyyət göstərən "CCCO" LTD və "Əhmədoğlu" MMC müəssisələrində atmosferə buraxılan tullantılara görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xüsusi icazə alınmayıb. Bununla əlaqədar, "CCCO" LTD müəssisəsinin rəhbəri M. Mirzəyev İXM-nin 76-1.0.1 maddəsinə əsasən, vəzifəli şəxs qismində, "Əhmədoğlu" MMC isə, eyni maddə ilə hüquqi şəxs qismində cərimələnib. Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən metal yayma sexinin fəaliyyəti ilə əlaqədar Nazirliyə daxil olmuş şikayət yerində araşdırılıb və sexin ekoloji normativ sənədlərinin olmadığı müəyyənləşdirilib. Bununla bağlı,D.Rzayeva İXM-nin 76-1.0.1 və 113.0.1 maddələrinə əsasən cərimələnib.

Xəbər lenti

Xəbər lenti