Azərbaycan, Bakı, 10 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/
Azərbaycanda tez-tez kitab təqdimatlarıı keçirilir. Lakin bu hələ o demək deyil ki, ölkəmizdə ədəbiyyat inkişaf edir. Ən çox isə bu uşaq ədəbiyyatına aiddir. Bu haqda TrendLife üçün Yazıçılar Birliyi uşaq ədəbiyyatı bölməsinin müdiri Qəşəm Nəcəfzadə danışdı:
"Uşaq ədəbiyyatında çox problem var. problemlərdən biri uşaq şairləri və yazıçılarının kitabların çap etdirmələri üçün maliyyə vəsaitinin çatışmamasıdır. Azərbaycan uşaq ədəbiyyatı mövzusunda İnternet-sayt açılmalıdır. İnanıram ki, belə layihələr reallaşsa, Azərbaycanda uşaq ədəbiyyatının inkişafına müsbət təsir göstərəcək."