Azərbaycan, Bakı, 24 oktyabr /müx. TrendLife Günel Əhmədova/
Mananın ailə həyatı qurmaq xəbəri fanatlarının müzakirə mənbəyinə çevrilib. Georgi adlı hüquqşunasla tanış olan Manana həmyerlisinin evlilik təklifini dəyərləndirmək qərarına gəlib. MüğənnininTrendLife-a verdiyi məlumata görə, onu çoxdan tanısa da, evlənmək qərarında bir az tərəddüd edib. Amma Georginin, gələcək həyat yoldaşı olmaqla yanaşı, sədaqətli dost olduğu qənaətində olan Manananın "hə"si alınıb və qız evinin şirin çayını içdikdən sonra oğlan evi toy tədarükünə başlayıb. Manananın məlumatına görə, toy əvvəlcə burada olacaq, sonra Gürcüstanda davam etdiriləcək. Yanvarın 8-i, yaxud 9-na təsadüf edəcək el şənliyi ssenariləşdirilmiş şəkildə olacaq. Bunun konkret nədən ibarət olacağı barədə müğənni gələn həftə məlumat verə biləcəyini söylədi.Söhbət zamanı bu da bəlli oldu ki, Manana toyuna yerli estrada ulduzları ilə yanaşı, əcnəbi ulduzları da dəvət etmək arzusundadır. Avstriyalı bəstəkar Albert Kolerin adını çəkən müğənni, digər adların gələn həftə hazır olacaq siyahıda qeyd oluncağını bildirdi. Gələcək həyat yoldaşı barədə danışan Manana dedi ki, Georgi ixtisasca hüquqşünasdır. O, Gürcüstanın meriyasında bu peşəni icra edir. Öyrəndik ki, cütlük harada yaşayacaqlarına da qərara veriblər. Gürcüstanlı Manana bildirdi ki, toy günündən sonra onların bal ayı başlayacaq. Daha sonra onlar Azərbaycana qayıdacaqlar. Georginin onu şou-biznesimizdən ayırmaq niyyətində olmadığını diqqətə çatdıran müğənni, onunla birgə burada yaşayacaqlarını və nişanlısının Azərbaycanda işləyəcəyini söylədi. Müğənnidən yaradıcılıq işləri barədə xəbər aldıqda, o, bu istiqamətdə olan bütün işlərini təxirə saldığını qeyd etdi. Toy mərasiminin onun həyatında xüsusi önəm daşıdığını deyən Manana, bir ay öncə nəzərdə tutulan, yerli bəstəkar Alxanonun mahnısının ekran versiyasının olub-olmayacağı barədə kokret söz deyə bilmədi. Xatırladaq ki, sözügedən klipi Fuad Əlişov ekranlaşdırmalı idi.