...

Azərbaycanın Rusiyadakı səfirliyi bəyanatla çıxış edə bilər

Cəmiyyət Materials 29 Oktyabr 2007 18:59 (UTC +04:00)

Rusiya, Moskva / Trend , müxbir R.Ağayev / Azərbaycanın Rusiyadakı səfirliyi "Bakı-Tümen" sərnişin qatarına basqınla əlaqədar , baş verən insidentinlə bağlı bəyanatla çıxış edə bilər. "Lazımi informasiyanın toplandıqndan sonra, ola bilsin, səfirlik bu gün rəsmi bəyanatla çıxış edəcək" - deyə bazar ertəsi Azəbaycanın Moskvadakı diplomatik nümayəndəliyindən bildiriblər.

Cümə günü kəsici alətlərlə silahlanmış 60 nəfərə yaxın silahlı "Bakı-Tümen" marşuutu ilə irəliləyən N373/374 saylı qatara basqın edib. Basqın nəticəsində 25 nəfər xəsarət alıb, xəsarət alanlar qatarın sərnişinləri, Azərbaycan Dövlət Dəmir Yol İdarəsinin, nəqliyyat polisinin əməkdaşlarıdır. "Bakı -Tümen" sərnişin qatarına basqında iştirkakda şübhəli bilinən beş nəfər RF-nin hüquq mühafizə orqanları tərəfindən saxlanıb. Sərnişin qatarına basqın faktı üzrə Dağıstan Prokurorluğunda cinayət işi qadırılıb.

Səfirlikdən bildiriblər ki, baş verən hadisədən xəbərdardırlar və təsdiq edirlər ki, Azərbaycan Dövlət Dəmir Yol İdarəsi Rusiyanın müvafiq orqanlarına baş verən hadisə ilə bağlı araşdırmalar aparmaq barədə müraciət edib. Bundan əlavə, səfirlik Azərbaycan disaporunun Kalmıkiya və Dağıstandakı nümayəndələri ilə əlaqə saxlayıb. "Nümayəndəlikdən bildirdilər ki, heç bir əlavə məlumata malik deyillər və lazımi informasiyanın toplanması ilə məşğuldurlar" - deyə səfirliyin mətbuat xidmətindən bildiriblər.

"Vısota 107" informasiya agenliyinə "Rusiya dəmir yolu" MMC-nin mətbuat xidmətindən verilən

məlumatda bildirilir ki, kəsici alətlərlə silahlanmış 60 nəfərə yaxın silahlı oktyabrın 26-da Moskva vaxtilə saat 21:00-da Kalmıkiya Respublikasının "Artezian" stansiyasında "Bakı-Tümen" marşurutu ilə irəliləyən N373/374 saylı qatara basqın edib. Nəticədə, qatara ziyan dəyib.

Baş verənlərin səbəbləri və dəqiq ssenarisi hələ də məlum deyil. Azərbaycan Dövlət Dəmir Yol İdarəsinin rəhbərliyi "Rusiya dəmir yolu" MMC, "Şimali Qafqaz dəmir yolu" və nəqliyyat polisinə baş verən insidentlə bağlı ciddi araşdırmalar aparmaq və müvafiq tədbirlər görmək tələbi ilə müraciət edib.

"Volqoqrad Azərbaycanlılarının Ziyalılar Assosiasiyası"nın sədri Rizvan Seyfullayev "Bakı-Tümen" qatarında baş verən hadisəni Rusiya hökumətinə qarşı provokasiya adlandırıb. Bu barədə Seyfullayev bu gün, oktyabrın 29-da "Vısota 102"-nin müxbirinə verdiyi müsahibəsində bildirib.

Xəbər lenti

Xəbər lenti