...

Ölkə kuboku AFFA prezidentinin vəfatı ilə əlaqədar olaraq təxirə salınmayacaq

Cəmiyyət Materials 30 Oktyabr 2007 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir B. Məmmədov / Futbol üzrə ölkə kuboku oyunları Azərbaycanın Futbol Federasiyaları Assosiyasiyasının (AFFA) prezidenti Ramiz Mirzəyevin vəfatı ilə əlaqədar olaraq təxirə salınmayacaq.

Çərşənbə axşamı AFFA-dan Trend ə verilən məlumata görə, ölkə kubokunun sabah keçiriləcək cavab oyunlarında bütün yığmalar meydançaya qara sarıqlarda çaxacaq və bir dəqiqəlik sükutla Ramiz Mirzəyevin xatirəsini yad edəcəklər.

Futbol funksioneri kimi Ramiz Mirzəyevin peşə fəaliyyəti 2001-ci ildə, "Neftçi" futbol klubunun prezidenti seçilməsi ilə başlayıb. 2003-cü ilin dekabrında Mirzəyev AFFA-nın prezidenti seçilib.

Eyni zamanda yanacaq və energetika nazirinin müavini vəzifəsini daşıyan 53 yaşlı Ramiz Mirzəyev bu gecə uzun sürn xəstəlikdən sonra vəfat edib. Mirzəyev bu gün Tovuz rayonunda dəfn olunacaq.

Xəbər lenti

Xəbər lenti