...

" Kinotavrik "ə gənc azərbaycanlı rejissor Fərhad Rəhimlinin filmləri gedəcək

Cəmiyyət Materials 31 Oktyabr 2007 01:42 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. "TrendLife" E. Hüseynzadə/ Noyabrın 3-də Rusiyanın Soçi şəhərində "Kinotavrik" uşaq kino yaradıcılığı festivalı start götürəcək. "TrendLife"ın verdiyi məlumata görə həmin festivalda azərbaycanlı uşaqlar da iştirak edəcək. Bizim ölkəni Soçi şəhərində 13 yaşlı kinorejissor Fərhad Rəhimli iki filmi ilə təmsil edəcək . Filmlər " Duel " və " Dərs " adlanır . Onu da qeyd edək ki , " Kinotavrik " Rusiya Mədəniyyət nazirliyinin təşəbbüsü ilə artıq yeddinci dəfədir ki , keçirilir . Festivalın əsas iştirakçıları gənclər , yaradıcı kollektiv, valideyn qayğısından məhrum olan uşaqlar , uşaq evlərinin tərbiyyəçiləridir .

Xəbər lenti

Xəbər lenti