...

Komitə sədri: "Bəzi qruplaşmalar, radikal-ekstremist qüvvələr Azərbaycanda mövcud ictimai sabitliyi pozmağa cəhd göstərirlər"

Cəmiyyət Materials 1 Noyabr 2007 19:09 (UTC +04:00)
Komitə sədri: "Bəzi qruplaşmalar, radikal-ekstremist qüvvələr Azərbaycanda mövcud ictimai sabitliyi pozmağa cəhd göstərirlər"

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün 2 saylı Cəzaçəkmə müəssisəsində məhkumlar üçün seminar-treninq keçirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayat Orücov "Azərbaycanda dövllət-din münasibətləri" mövzusunda mühazirə ilə çıxış edib. Azərbaycanda dinlər və təriqətlər arasında dözümlülük olduğunu deyən Orucov bildirib ki, bəzi təriqətlərdəki ayrı-ayrı qruplaşmalar, radikal-ekstremist qüvvələr Azərbaycanda mövcud ictimai sabitliyi pozmağa cəhd göstərirlər. "Azərbaycanda bütün dinlərin və təriqətlərin inkişafı üçün eyni şərait yaradılıb. Azərbaycan dövləti təriqətüstü siyasəti aparır, təriqətlərin fəaliyətinə mane olmur. Azərbaycan müstəqillik əldə edəndən sonra nurçular, süleymanlar, vəhabilər kimi islam təriqətləri, baptistlər, "Yeqova şahidləri" kimi xristian təriqətləri yayılmağa başladı. Onların fəaliyyətinə normal baxmaq olar, bir şərtlə ki, onlar Azərbaycanda ənənəvi tolerantlıq mühitinə xələl gətirməsin, ictimai sabitliyi pozmağa cəhd etməsinlər", - deyə Orucov bildirdi.Sədrin sözlərinə görə, görülən tədbirlər nəticəsində, onların fəaliyyətinin qarşısı alınıb. Orucov qeyd edib ki, bəzi radikal qüvvələr, əhalinin sosial vəziyəti aşağı olan təbəqəsindən müəyyən şirnikləndərici vasitələrlə, bəzi adamları öz sıralarına cəlb edirlər. Orucov bildirib ki, son nəticədə bu, fəlakətlə nəticələnir. Komitə sədri Gəncədə və Bakının Qaradağ rayonunda "Yeqova şihidləri" dini icmasının qurbanı olmuş ailənin faciəsi barədə məhkumlara məlumat verib. Orucov bildirib ki, Azərbaycan əhalisinin təxminən 96%-i müsəlmandır. Əhalinin 65%-i şiə təriqətini, 35% -i sünni təriqətini təmsil edir. Çıxışının sonunda Orucov məhkumların suallarını cavablandırıb. Tədbirdə Penitensiar Xidmətin rəhbərliyi də iştirak edib.

Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məhkumların islah olunmasında dini maarifləndirməni genişləndirmək məqsədilə tədbirlər planı hazırlayıb. 2007-2008-ci illəri əhatə edən bu plan əsasında islam dininin mənəvi dəyərlərini aşılamaq üçün bütün cəzaçəkmə müəssisələrində seminar- treninqlərin keçirməsi, məhkumlara müvafiq mühazirələrin oxunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti