...

Prokuror DİN-inn sabiq əməliyyat müvəkkilinin rəhbərlik etdiyi qrupun barəsindəki hökmün qüvvədə saxlanılmasını istəyib

Cəmiyyət Materials 12 Noyabr 2007 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir E. Cavadova/ Prokuror Daxili İşlər Nazirliyinin Baş Cinayəit-Axtarış İdarəsinin keçmiş baş əməliyat müvəkkili Hacı Məmmədov və onun rəhbərlik etdiyi dəstə üzvləri barəsindəki hökmün qüvvədə saxlanılmasını istəyib.

Qrup üzvlərinin bazar ertəsi Bakı Apellyasiya Məhkəməsində keçirilmiş məhkəməsində çıxış edən prokuror bildirib ki, qrup üzvlərinin törətdiyi adam oğurluğu və qətllər tam sübuta yetirilib.

Hacı Məmmədovun rəhbərlik etdiyi dəstə 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı zamanı ifşa olunub. Dəstənin sonuncu cinayəti 2005-ci ilin fevralında Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlanması olub.

Keçirilən "Qara kəmər" əməliyyatı zamanı Hacıyeva azad olunub, dəstə üzvləri isə, həbs ediliblər. Məmmədov cinayətkar dəstənin daha bir neçə üzvünün azdlıqda olduğunu bildirib. MTN-də aparılan ibtidai istintaq zamanı Məmmədov və rəhbərlik etdiyi dəstə 1995-ci ildən 2005-ci ilədək 13 qətl və 8 adam oğurluğu və digər cinayətlər törətdiyi müəyyən olunub. Dəstənin bir üzvü qadın- Hacı Məmmədovun vətəndaş nigahında yaşadığı həyat yoldaşıdır.

Dəstə başçısına Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində, əmlakı müsadirə olunmaqla, ömürlük həbs cəzası çıxarılıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən məhkəmənin hökmü ilə Fərhad Məmmədbəyov (əmlakı müsadirə olunmaqla), Eldar Rəhimov (əmlakı müsadirə olunmaqla), Malik Məmmədov (əmlakı müsadirə olunmaqla), Husain Abdulvahabov, Zakir Nəsirov (əmlakı müsadirə olunmaqla), Kamil Sədrəddinov (əmlakı müsadirə olunmaqla), Musa Dabuyev, Aslanbek Çintamirov, Yagir Məmmədov ömürlük həbs cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər-- Nizami Abdullayev (əmlakı müsadirə olunmaqla), Sidek Abdulvahabov, Rövşən Ağayev 15 il, Nailə Quliyeva (əmlakı müsadirə olunmaqla) 13 il, Ədalət Əsədullayev, Novruz Nuriyev 12 il, Əliqulu Quliyev, Nişad İsmayılov (əmlakı müsadirə olunmaqla) 10 il, Faiq Quliyev, Elçin Əliyev (əmlakı müsadirə olunmaqla) 9 il, Mehman Həsənov, Fariz Həmidov və Elşən Mirzəyev 8 il iş alıb. Aqil Hüseynov (2 il maddi məsuliyyətlə bağlı vəzifə tutmamaq şərti ilə) 2 il şərti, Azər Əliyev 2 il şərti azadlıqdan məhrum edilib. İbrahim Bağırovsa, dövlətə vurduğu ziyanı ödədiyi üçün, barəsindəki cinayət işinə xitam verilib.

Proses sabah təqsirləndirilənlərin və vəkillərin replikaları ilə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti