...

FİDE-nin Qran-Pri turnirlərinin ilk iştirakçıları müəyyən olunub

Cəmiyyət Materials 10 Dekabr 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Qrossmeysterlər Aleksey Şirov, Maqnus Karslen, Sergey Karyakin və Qata Kamski FİDE-nin Qra-Pri turnirlərinin ilk iştirakçıları olub. Bu turnirdə Azəbaycan şahmatçılarının da iştirak etmək şansı var.

Trend in verdiyi məlumata görə, bu, idmançıların bu günlərdə Xant-Mansiyskdə keçirilən Dünya Kubokunun yarımfinalına çıxması ilə əlaqədardır. Yarımfinalın nəticələrindən asılı olaraq, Qran-Prinin reqlamentinə uyğun olaraq, qrossmeysterlər bu yarışmalarda iştirak edəcəklər. Turnirin cəmi altı mərhələsi keçiriləcək və bu mərhələlər yaxın iki il ərzində planetin aparıcı şahmatçılarının iştirakı ilə baş tutacaq.

Qran-Pridə iştiraka Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da iddialıdır və bu şahmatçılar yarışmaya yüksək reytinqləri sayəsində qatıla bilərlər.

Xəbər lenti

Xəbər lenti