Azərbaycan, Bakı, 19 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/
2009-cu il Azərbaycan üçün mədəniyyət baxımından çox məhsuldar olacaq. Belə ki, 2009-cu il yanvarın 1-də Bakı İslam dünyasının mədəniyyət paytaxtı sayılacaq. Bu haqda TrendLife-a mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xəbər verib. Onun sözlərinə görə, Azərbaycanda beynəlxalq mədəniyyət forumu, beynəlxalq müasir incəsənət festivalı, beynəlxalq teatrlar festivalı, beynəlxalq turizm filmləri festivalı açılacaq. Bundan əlavə, Azərbaycanda dünyanın ən iri xalça muzeyi açılacaq.