...

Mayestro Ceyhun skripkada muğam ifa edəcək

Cəmiyyət Materials 19 Dekabr 2007 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /müx. TrendLife Ayəndə Dadaşova/

Mayestro Ceyhunun TrendLife-a verdiyi məlumata görə, Yeni ildə pərəstişkarlarıa sürprizlər hazırlayır.

"Bu sürprizlərdən biri artıq hazırdır. Mən muğam janrına müraciət etmişəm. Belə ki, Cavidin sözlərinə "Sənsiz keçən ömür" adlı musiqi yazmışam. Mahnını da Babək Niftəliyev ifa edəcək. Adıçəkilən mahnıya klip də çəkilir. Bundan əlavə "Mayestro" adlı studiyamı açmağı düşünürəm. Studiyada yuksək səviyyədə aranjirovka etməyə imkanım olacaq. Novruz bayramına qədərsə, Riqa şəhərində solo konsert proqramı ilə çıxış etməyə hazırlaşıram".

Mayestro Ceyhun onu da bildirdi ki, instrumental duet reallaşdırmağa hazırlaşır:"Gənc və istedadlı musiqiçi Ramil skripkada, mən isə royalda ifa edəcəyəm. Planımda dincəlmək yoxdur. O biri dünyada onsuz da dincələcəyəm".

Xəbər lenti

Xəbər lenti