...

Əfv Komissiyası yekun siyahını gələn həftə prezidentə təqdim edəcək

Cəmiyyət Materials 20 Dekabr 2007 11:09 (UTC +04:00)
Əfv Komissiyası yekun siyahını gələn həftə prezidentə təqdim edəcək

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda növbəti əfv fərmanının imzalanması üçün Prezident yanında Əfv Komissiyası yekun siyahını gələn həftənin ilk günlərində prezidentə təqdim edəcək, cümə axşamı Trend ə Əfv Komissiyasinin üzvü, millət vəkili Azay Quliyev bildirib. Onun sözlərinə görə, müraciətlərin sayı çox olduğundan, yekun siyahını bu həftəyə yekunlaşdırmaq mümkün olmayıb. Əfv Komissiyasının üzvü jurnalistlərin müraciətinə də baxıldığını deyib.

Azərbaycanda peşə fəaliyyətinə görə 8 jurnalist həbsdədir.

Quliyev bildirib ki, komissiya daxil olan müraciətlərin hamısına baxacaq.

31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində növbəti əfv fərmanının imzalanacağı gözlənilir.

1995-ci ilin iyulundan bu günədək Azərbaycan prezidenti tərəfindən 42 əfv fərmanı imzalanıb. Əfv fərmanları 4584 məhkuma şamil olunub. Onların böyük əksəriyyəti cəzasının qalan hissəsini çəkməkdən azad olunub, digər qisminin cəzası yarıya qədər azaldılıb. İmzalanmış əfv fərmanı ilə 41 yetkinlik yaşına çatmayan, 168 əlil, xəstə və qoca, 77 qadın cəzasını çəkməkdən azad olunub. Həmçinin, əfv fərmanları ilə ömürlük azadlıqdan məhrum edilmiş 28 məhkum bağışlanıb. Onların bir neçəsi cəzasını çəkməkdən azad olunub, bir qisminin cəzası isə 25 ilə endirilib.

Xəbər lenti

Xəbər lenti