...

Məkkədə Kəbənin divarının bir hissəsi uçub

Cəmiyyət Materials 21 Dekabr 2007 12:29 (UTC +04:00)
Məkkədə Kəbənin divarının bir hissəsi uçub

Azərbaycan, Bakı / "Trend müxbir R.Hafizoğlu/ Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində yerləşən, dünya müsəlmanlarının müqəddəs hesab etdiyi Kəbə Evinin "Yəmən rüknü" adlanan divarının bir hissəsi uçub. Bu barədə cümə günü Trend ə Məkkədən telefon vasitəsilə azərbaycanlı zəvvarlar məlumat veriblər.

İnsan tələfatı haqqında hələlik heç bir məlumat yoxdur. Zəvvarların təşviş içərisində olduğu bildirilir.

Bu barədə bu gün tevhidhaber " də məlumat yayıb.

Bu ilki Həcc ziyarəti dekabrın 17-dən başlayıb. Ziyarətdə 4 milyon zəvvarın iştirak etdiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti