...

Ukrayna MSK Zeynalovu Ali Radanın deputatı kimi qeydiyyata alıb

Cəmiyyət Materials 25 Dekabr 2007 16:11 (UTC +04:00)

Ukrayna, Kiyev / Trend , Z.Novosvitski/ Azərbaycanlı Eduard Zeynalov Ukrayna MSK-nın "Bizim Ukrayna- Xalq özünümüdafiə" blokunun seçki siyahısı üzrə qeydiyyata aldığı Ali Radanın 14 deputatının sırasına daxildir. Bu barədə Trend ə çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Növbədənkənar parlament seçkilərindən sonra Ukrayna yeni hökumətinin tərkibinə 14 deputat daxil olub. Ukrayna qanunvericiliyinə müvafiq olaraq, bu deputatların səlahiyyətləri 2007-ci il dekabrın 19-da parlament tərəfindən dayandırılıb. Əgər deputatlar hökumətə gedirlərsə, bu halda, onların Ali Radadakı yerlərini seçki siyahısında eyni partiyanın növbəti nümayəndələri tuturlar.

Zeynalovdan əlavə, "Bizim Ukrayna- Xalq özünümüdafiə" blokundan Yaroslav Cocik, Sergey Vasilenko, Yaroslav Kendzer, Nikolay Krut, Andrey Parubi xalq deputatı kimi qeydiyyatdan keçiblər. Yuliya Timoşenko Blokundan Vasili Kravçuk, Aleksandr Qudıma, Andrey Pavlovski, Antonina Balyura, Nikolay Potapçuk, Sergey Koşin, Boris Şiyanov və Aleksey Zarudnıy xalq deputatı kimi qeydiyyatdan keçib.

Yeni deputatlar Ukrayna xalq deputatı andiçməsindən sonra öz səlahiyyətlərini yerinə yetirməyə başlayacaqlar.

Xəbər lenti

Xəbər lenti