...

Əməkdar artist Brilyant Dadaşova Rəqsanənin pencəyini mənimsədi

Cəmiyyət Materials 28 Dekabr 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr/müx. TrendLife Şahin Cavadsoy/

Space TV-də böyük maraqla izlənilən "Azəri Star+" gənc müğənnilərin mahnı yaraışmasında iştirakçıların sayı azaldıqca, müsabiqiyə olan maraq bir o qədər çoxalır. Amma sizlərlə təqdim edəcəyimiz xəbər "Azəri Star+" çularla yox, artıq ikinci dəfə yarışmaya münsif kimi qalılmış əməkdar artist Brilyant Dadaşova ilə bağlıdır. Lap dəqiqi, əyninə geymiş olduğu "qar qız"ın pencəyi ilə bağlıdır. Müğənni, bunu TrendLife-üçün belə təsdiqlədi: "Mən Rəqsanənin sənətini bəyənirəm. O, çox çalışqan müğənnilərdəndir. Hə, əynimdə gördüyünüz "qar qız"ın pencəyinin sahibi də məhz Rəqsanədir".

Dadaşova, daha sonra iki super starın-əməkdar artist Aygün Kazımova ilə Röya Ayxanın barışmasına da münasibət açıqladı: "Bizim sənətə elə-belədən incə sənət deməyiblər. Həqiqətən, Aygunlə Röyanın barışması məni şad etdi. Onların ikisinin də sənəti var. Əminəm ki, bu barışıq uzunömürlü olacaq və onlar bir yerdə yeni nailiyyətlərə imza atacaqlar".

Xəbər lenti

Xəbər lenti