...

Azərbaycanda kabel televiziyasının inkişafı üçün xüsusi strategiya həyata keçiririk-Teleradio Şurasının sədri

Cəmiyyət Materials 9 Yanvar 2008 16:24 (UTC +04:00)
Azərbaycanda kabel televiziyasının inkişafı üçün xüsusi strategiya həyata keçiririk-Teleradio Şurasının sədri

Azərbaycan, Bakı, 9 yanvar / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda kabel televiziyasının inkişafı üçün Milli Televiziya və Radio Şurası (MTRŞ) xüsusi strategiya həyata keçirir. "Teleradio Şurası Azərbaycanın bütün vətəndaşlarının kabel televiziyasından istifadəsi ilə bağlı telekanal rəhbərlərinə texniki imkanlarının artırılması tapşırığı verilib" çərşənbə günü Trend ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

MTRŞ Azərbaycanda fəaliyyət göstərmək üçün 10 kabel televiziyasına lisenziya verib. Onların bəzilərinin fəaliyyəti qənaətbəxş deyil.

Məhərrəmli hesab edir ki, kabel televiziyalarının inkişafı birbaşa bazar iqtisadiyyatı ilə bağlıdır. MTRŞ onların inkişafı ilə bağlı istənilən şəraiti yaradıb. "Kabel televiziyalarının özləri tələbatı ödəmək üçün ciddi çalışmalıdırlar. Bu istiqamətdə texniki imkanlarını gücləndirməlidirlər"- Məhərrəmli əlavə edib.

Onun sözlərinə görə, CaTV kabel televiziyası imkanlarını genişləndirib. Onlar hazırda Bakı şəhərinin Yasamal, Nizami və Xətai rayonlarında uğur əldə ediblər. Mərkəzi rayonlarda yayımın təmini üçün texniki imkanlarını artırırlar.

Məhərrəmli bildirib ki, kabel televiziyalarına aylıq abunə haqqının 10 manatdan artıq olmaması tövsiyyə olunub. "Hesab edirik ki, indiki məqamda kabel televiziyalarının abunə haqqının 9-10 manat olması normaldır"- MTRŞ sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti