Azərbaycan, Bakı, 21 yanvar /müx. TrendLife Eldar Hüseynzadə/
"Bu meydan, bu ekran" müsabiqəsinin nəticələrinə əsasən çəkilən "Düyün" filmi bu gün Mədəniyyət və turizm nazirliyinə təhvil veriləcək. Bu haqda TrendLife-a "Dərviş" Mərkəzinin direktoru Əlisa Cabbarov xəbər verib. Film əvvəl "Albalı" adlanırdı. Çəklişlər zamanı onun adı dəyişilib "Düyün" oldu. Əsərin rejissoru Əlisa Cabbarov, ssenari müəllifləri Asif Rüstəmov və Ramiz Fətəliyevdir. "Düyün"ün musiqisini xalq artisti Xəyyam Mirzəzadə yazıb.