...

Türkdilli Dövlətlərə Siyasi Dəstək Fondu Yaxın Şərq nümayəndəliyini açıb

Cəmiyyət Materials 4 Fevral 2008 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral/ Trend , müxbir E.Hüseynov/ Türkdilli Dövlətlərə Siyasi Dəstək Fondu (TDSDF) İsraildə öz Yaxın Şərq nümayəndəliyni açıb. Bu qərar bazar günü Bakıda, bəzi diaspor təşkilatlarının nümayəndələrinin görüşündə qəbul edilib. Bu barədə Trend ə Yaxın Şərq Azərbaycanlıları Konqresinin preizdenti Aleks Şapiro-Suliman məlumat verib.

Nümayəndəliyin prezidenti İsrail vətəndaşı Hani Osmanova seçilib. Şapiro-Sulimanın sözlərinə görə, Bakıda TDSDF prezidenti Nüsrət Məmmədovla məsləhətləşmələr baş tutub və birgə dəstək, ümumi tədbirlərin keçirilməsi haqqında razılaşma əldə edilib. Belə tədbirlərdən biri fevralın 17-də Türkiyənin Qüdsdəki səfiriliyi ilə birgə İsraildə təşkil ediləcək azərbaycanlıların 1992-ci ildə Xocalıda kütləvi qırğının ildönümünə həsr edilən elmi-təcrübi konfrans olacaq.

Türkdilli Dövlətlərə Siyasi Dəstək Fondu Bakı iclasında diaspor təşkilatları arasında münasibətlərin inkişafı, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması, dinlər və sivilizasiyalar arasında dialoqun inkişafına verdikləri töhfəyə görə Aleks Şapiro-Suliman, həmçinin Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan şöbəsinin sədri İsmayıl Ağayev qızıl medalla təltif ediliblər.

TDSDF qərargahı Bişkekdə (Qırğızıstan) yerləşən ictimai strukturdur.

Xəbər lenti

Xəbər lenti