...

Qrossmeyster Zeynəb Məmmədyarova Fransada keçirilən turnirdə çıxış edəcək

Cəmiyyət Materials 15 Fevral 2008 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir Z.Səfərov / Azərbaycanın şahmat üzrə çempionu Zeynəb Məmmədyarova, yaxın istirahət günlərində Fransada başlayacaq "Cappelle La Grande" ənənəvi beynəlxalq turnirdə iştirak edəcək.

Qarşıdan gələn yarışda iştirak Zeynəb üçün bu il beynəlxalq arenada ilk ciddi yoxlama olacaq. Bunundan əlavə, artıq iyirmi dördüncü dəfə keçirilən nüfuzlu yarışmada onun bacısı Türkan Məmmədyarova da iştirak edəcək. Onlardan savayı, Fransada lövhə arxasına qrossmeysterlər Vüqar Həşimov və Nicat Məmmədov da oturacaqlar.

İsveçrə sistemi üzrə doqquz turda keçiriləcək turnirin mükafat fondu otuz min avroya bərabərdir. Yarışmada Çin, Rusiya, Ukrayna, İspaniya, Hindistan və bir çox ölkə şahmatçılarının iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti