...

Qırğızıstanda Azərbaycan bəstəkarı Qara Qarayevin 90 illik yubileyi qeyd ediləcək

Cəmiyyət Materials 10 Mart 2008 12:16 (UTC +04:00)
Qırğızıstanda Azərbaycan bəstəkarı Qara Qarayevin 90 illik yubileyi qeyd ediləcək

Azərbaycan, Bakı, 10 mart/ Trend , müxbir E.Hüseynov/ Martın 14 - də Qırğızıstanda Azərbaycan bəstəkarı Qara Qarayevin 90 illiyi qeyd ediləcək. Bəstəkarın yubileyinə həsr olunan tədbir saat 18.00 - də Bişkek Dövlət Filarmoniyasında keçiriləcək. Bu barədə Azərbaycanın Qırğızısıtandakı səfirliyinin martın 10-da yayılan məlumatında deyilir.

Hökumət üzvləri, diplomatik korpus və ictimaiyyət nümayəndələri bayram konsertində iştirak edəcəklər.

Dünyanın müxtəlif ölkələrində bəstəkarın yubileyinə həsr olunan tədbirlər keçirilir. Ötən həftə Qara Qarayevin yubileyi Kiyevdə qeyd edilib.

Xəbər lenti

Xəbər lenti