Azərbaycan, Bakı, 12 mart /müx. TrendLife Günel Əhmədova/
Yaxın günlərdə musiqi alətlərinin ifaçıları arasında müsabiqə təşkil olunacaq. "Xəyal" şirkətinin ərsəyə gətirdiyi layihədə 16 tanınmış ifaçı iştirak edəcək. Bu barədə TrendLife-a məlumat verən təşkilat rəhbəri Xəyal Rza musabiqədə tar, gitara, qarmon, balaban, kamança, skripka, saz, nağara alətləri ifaçılarının yarışacağını və layihənin aprel ayından etibarən televiziya kanallarının birində efirə gedəcəyini deyib. Öyrəndik ki, duet şəklində keçiriləcək müsabiqə 4 ay davam edəcək. Qalib "Qızıl ürək" nominasiyası ilə mükafatlandırılacaq. Eyni zamanda birinci yerin sahibinə avtomobil verilməsi də nəzərdə tutulub. Qeyd edək ki, müsabiqədə iştirak edəcək bir neçə musiqiçinin adları bəllidir. Təşkilatçı ifaçıların arasında Rəmiş, Aftandil İsrafilov, Maestro Ceyhun və başqalarının olacağını diqqətə çatdırdı.