Azərbaycan, Bakı, 8 may /müx. TrendLife Eldar Hüseynzadə/
Bu yaxınlarda belə bir informasiya yayıldı ki, Şuşada ermənilər turist mərkəzi açacaq. Bu xəbəri nazir Əbülfəs Qarayev TrendLife-a təkzib edib. "Düzgün xəbər deyil. Bəli, Şuşa 16 altı ildir ki, işğal altındadır. Bu o demək deyil ki, ermənilər orada turist mərkəzi açırlar. Bundan əlavə onu da qeyd etmək istəyirəm ki, Beynəlxalq Turizm Federasiyası bu torpaq Azərbaycanın olduğunu təsdiq edəcək. Belə götürəndə isə Ermənistana demək olar ki, turist gəlmir. Gələnlər isə elə özləridir".