...

Abbas Bağırov "Sarı gəlin"in təbliğatına başlayır

Cəmiyyət Materials 22 May 2008 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /müx. TrendLife Günel Əhmədova

Bir müddət əvvəl toy ifaçılığına məhdudiyyət qoyan müğənni Abbas Bağırov qərarını qətiləşdirib. Onun TrendLife-a bildirdiyinə görə, iyun ayından başlayaraq ümumiyyətlə, toylara getməyəcək. Toy bazarının qapılarını bağlayan müğənni fəaliyyətini bütövlükdə yaradıcılığa doğru istiqamətləndirib. Xatırladaq ki, son günlərə kimi Abbas Bağırov bütöv bir toyu 10 min manata oxuyurdu. Yüksək gəlir mənbəyini donduran müğənni neçə ayları əhatə edən "Sarı gəlin" musiqili layihəsindən söz açdı. Dedi ki, layihə tam hazırdır və yaxın günlərin birində ona təqdimat mərasimi keçiriləcək. Lakin bu mərasim əyləncə mərkəzlərində deyil, tele-kanalların birində nəzərdə tutulub.

Gələn həftə isə Abbas Bağırov Rusiya, daha sonra Türkiyəyə səfər edəcək. Müğənni bildirdi ki, səfəri haqqında danışdığı layihəsi ilə bağlıdır. Hər iki ölkədə başlayan müğənninin piyar kampansiyası daha sonra digər ölkələrdə davam etdiriləcək:

"Rusiya ilə Türkiyədə başlayan klipin təbliğat işi daha sonra Gurcustan və Tatarıstanda davam etdiriləcək. Büdcəmizə uyğun olaraq hələlik adını çəkdiyim ölkələri seçə bilmişik. Lakin gələcəkdə siyahını genişləndirə də bilərik".

Müğənni onu da əlavə etdi ki, repertuarında yer alan "Azərbaycan" mahnısına sentyabr-oktyabr aylarında klip çəkiləcək. Ekran işinə Aqil M.Quliyev müəlliflik edəcək.

Xəbər lenti

Xəbər lenti