Azərbaycan, Bakı, 22 may /müx. TrendLife Eldar Hüseynzadə/
Azərbaycan Demokratik Respublikasının 90 illik yubileyinə həsr olunan bir sıra tədbirlər keçirilir. Bu tədbirlərdən biri də mayın 27-də "Yeni Gallery" sərgi salonunda təşkil olunacaq. Salonun direktoru Rafael Gülməmmədlinin TrendLife-a verdiyi xəbərə görə, həmin gün Bakıya türkiyəli rəssam Eşim Ağaoğlu təşrif buyuracaq. O, bir çox ölkələrdə öz foto və video artını təqdim edib. Azərbaycanda isə bu onun ilk sərgisidir. Daha sonra onun işləri İstambulda, Tbilisi də təqdim olunacaq.