...

Ermənilər məni özününküləşdiriblər– balaban ifaçısı Əlixan Səmədov

Cəmiyyət Materials 27 May 2008 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /müx. TrendLife Safura

Balaban hələ qədim zamanlardan Azərbaycanda çox geniş yayılmış nəfəsli musiqi alətidir. El arasında yastı balaban, ney kimi tanıdığımız musiqi aləti Qafqaz xalqlarınının musiqi alətləri arasında mühüm yer tutur.

Balabanın ifa imkanları olduqca genişdir. Özünəməxsus gözəl və yumşaq səs temperinə malik bu alətdə muğamları, rəqsləri, pyesləri çalmaq və dinləmək olduqca böyük zövq verir. Adətən tut, qoz, ən çox da ərik ağaclarından hazırlanan balabanın uzunluğu 280- 370 mm-ə qədər, müştüyün uzunluğu isə 9- 10 mm olur. Balabanın bir hissəsi olan müşdüyün ortasına tıxac deyilir. Onu hərəkət etdirmək ilə balabanın səs tonu dəyişir. Balabanın üst tərəfdən 8, alət tərəfdən isə bir dəliyi var. Balabanın fərdi ifaçılıq xüsusiyyətinə böyük diqqət yetirən, Azərbaycan bəstəkarları orkestrdə onun solo imkanlarından məharət ilə istifadə edirlər. Üzeyir Hacıbəyovun "İkinci fantaziya" , Müslüm Maqomayevin "Azərbaycan çöllərində", Hacı Xanməmmədovun "Simfoniyetta" və bir sıra digər əsərlərdə balabanın solo ifasına geniş yer ayrılır. Amerikanın məşhur violonçel ustası, milli nəfəs alətlərinin mahir ifaçısı İlham Nəcəfovun Azərbaycanda ney və balabanı tanıtdırıb sevdirməsində müstəsna xidmətləri var. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda onun tələbələri arasında yeginə balabançı qız da var. Musiqi məktəbində fleytada ifa edən Zərifə Məmmədova İlham Nəcəfovdan dərs alandan sonra Musiqi akademiyasına qəbul olunaraq, balabanın təbliqçilərindən birinə çeriləcəyini deyir. Bu gün artıq xanımlarımız da balabanı təbliğ etməyə başlaması sevindiricidir. Tarixi kökləri altıncı əsrə aid olan milli musiqi alətinin Azərbaycana məxsus olmasını sübut etməkdə böyük rolu olan Əlixan Səmədov hazırda da bu istiqamətdə mühüm işlər görür. Məşhur ifaçı ermənilərin bütün dünyada duduk kimi tanıtdıqları balaban ilə bir neçə ölkədə solo konsert proqramı ilə çıxış edərək, bu fikrin tam yalnış olduğunu hamıya sübut etdi:

" Duduk rus sözündən - dudkadan götürülüb. Sovet dövründə, plastinkalarda əvəllər biz balaban ifa etdiyimiz zaman duduk, qarmon çaldığımız zaman akardion yazardılar. O vaxtlar bunu bilmirdik. Heç fərqinə də varmırdıq. Bu bir tarixi səhvdir. Bizim səhvimizdir. Bəlkə də bunu bilərəkdən ediblər. Balabanın bizə Azərbaycana aid olduğunu, yalnız Azərbaycanda yaşayanlar bilirlər. Dünyada bundan xəbərsizdilər. Təbliğat güclü olmalıdır ki, səni və sənin musiqini, musiqi alətlərini tanıyıb qəbul etsinlər. Nə təəsüf ki, biz im təbliğatımız çox zəifdir. Mən bu boşluğu görəndən sonra balabanı tanıtmağı özümə borc bildim və başladım fəaliyyətə. Bala kiçik, ban isə səs deməkdir. Məni artıq Balaban adı ilə çağıranlar çoxdur. Mənə Balaban bəy deyəndə mən əsəbiləşmirəm. Bu mənim uğurumdur" deyən Əlixan Səmədov "Sarı gəlin", "Apardı sellər Saranı", "Heyvagülü" kimi unudulmaz bəstələri Əlixan Səmədovun ifasında Hollivud və Avropanın bir çox filmlərində istifadə olunur, Fransa, Almaniya, ABŞ-nın ən möhtəbər salonlarında səslənir. Məhz Azərbaycan musiqisinin təbliginə görə sənətçi bu yaxınlarda, akademik Yusif Məmmədəliyev adına medal ilə də təltif olundu. Nə az, nə çox, düz on beşə yaxın milli musiqi alətində ifa etməyi bacaran, Əlixan Səmədovun həyatının ayrılmaz hissəsi olan balabana sevgisi hələ uşaqlıqdan yaranıb. Bu gün uşaqlarda balabana həvəsin artırılmasını da onun yaxşı təbliğ olunmasında görən musiqiçi özünün Azərbaycanlı olması ilə qurur duyur. Lakin ermənilər onu özününkü adlandırırlar. Bu gün çoxlarının ona erməni olduğunu deyən Səmədov bunda özünü və erməniləri günahkar bilmir:

"Yaxınlarda məndən müsahibə alan bir jurnalist ermənilərin internet saytında erməni musiqiçiləri ilə yanaşı mənim də adımın olduğunu bildirdi. Cavabında mənim heç nədən xəbərim olmadığını deyəndə jurnalist xəbəriniz olsa idi, nə edərdiniz soruşdu. Mən heç nə etməzdim deyə cavab verdim. O mənim işim deyil. Ermənilər sizi erməni kimi tanıdırlar deyən jurnalistə, siz də məni Azərbaycanlı kimi tanıdın. Siz eləməsiniz onlar edəcəklər" deyən Əlixan Səmədov artıq 17 ildir ki, Türkiyyədə yaşayır və yaradır. Bu yaxınlarda musiqiçinin 7 ci albomu işıq üzü gördü. Müasirlik ilə milliliyin uğurlu sintezinə nail olaraq qiymətli əsərlər yaradan Əlixan Səmədovun ifasında "Kor ərəbin mahnısı", "Çırpınırdı Qara dəniz", "Şirvan şikəstəsi" "Qaragilə", "Azərbaycanım" kimi mahnılar ilə bərabər 20 yanvar şəhidlərinə həsr olunan yeni bəstəsi məhz bu diskdə yer alıb.

Xəbər lenti

Xəbər lenti