...

Azərbaycanın şimalında yeni məktəb istifadəyə verilib

Cəmiyyət Materials 4 İyun 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 04 iyun / Trend , müxbir A.Qafarov/ Azərbaycanın şimalında yerləşən Quba rayonunun Dağlı kəndində Yaponiyanın ölkəmizdəki səfirliyinin vəsaiti hesabına inşa olunmuş yeni məktəb binasının açılışı olub.

Trend -un arayışı: Məktəb 8 otaqlıdır və 150 şagird üçün nəzərdə tutulub. Bu, Qubada son 3 il ərzində istifadəyə verilən sayca 40-cı məktəbdir.

Tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Tadahiro Abe bildirib ki, yeni məktəblərin tikilməsi ilə yanaşı, Yaponiya hökuməti Azərbaycan hökuməti ilə ekoloji sahədə də əməkdaşlıq istiqamətində iş aparır.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti