...

Azərbaycanın futbol klubunun sabiq baş məşqçisi Rusiyanın qrupdan çıxacağını düşünür

Cəmiyyət Materials 11 İyun 2008 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycan Premyer-Liqasının iştirakçısı olan Bakının "Neftçi" klubunun sabiq baş məşqçisi hazırda davam edən Avropa çempionatı haqda fikirlərini bölüşüb. "Bu çox güclü və bərabər qrupdur. Mənim fikrimcə, qrupdan çıxmağa ən real namizəd İspaniya və Rusiyadır", - deyə çexiyalı mütəxəssis Vlastimil Petrjela proqnozlarını verib.

Petrjela 2007-ci ilin avqustundan dekabrına qədər Bakının "Neftçi" klubunu çalışdırıb.

"Son zamanlar ruslar öz klublarında çox yaxşı çıxış edib. Amma bunu yığmada görmək olmur. Hər halda hollandiyalı baş məşqçi Qus Hiddink bu tendensiyanı sındırmağı bacarıb", - o bildirib.

Çexiyalı mütəxəssis Rusiyada Sankt-Peterburq şəhərinin "Zenit" komandasında uzun müddət çalışıb. O, komandası ilə birlikdə UEFA kubokunun 1/4 finalına qədər irəliləyə bilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti