...

Azərbaycanın "Bakı" futbol klubu yığma komandanın müdafiəçisi ilə müqavilə bağlayır

Cəmiyyət Materials 19 İyun 2008 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubu "Olimpik"in və yığma komandanın formasını geyən müdafiəçi Elvin Əliyevlə iki illik müqavilə imzalayacaq. Bu barədə Trend -a "Bakı" klubunun mətbuat xidməti məlumat verib.

Mətbuat xidmətinin məlumatına görə, artıq 24 yaşlı futbolçu ilə ilkin razılıq əldə olunub. "Olimpik" klubu ilə Azərbaycan Premyer-Liqasının sonuncu mövsümündə gümüş medal qazanan Əliyev arasında bu gün iki illik müqavilənin bağlanması rəsmiləşəcək. "Bakı" klubu Əliyevdən əvvəl "Olimpik"in daha bir aparıcı futbolçusu olan Fabio Luis Ramimlə də müqavilə bağlayıb.

Mətbuat xidmətinin verdiyi məlumata görə, heyətinə yeni futbolçular cəlb edən "Bakı" klubu Bolqarıstandan olan məşqçisi Çudomir Çakarovla vidalaşa bilər. Fiziki hazırlıq üzrə məşqçi şəxsi problemlərini əsas gətirərək, klubdan ayrılmaq niyyətində olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti