...

"Vahid" Poeziya Evi təmirə dayanır

Cəmiyyət Materials 30 İyun 2008 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı 30 iyun / TrendLife müx.Fərid Sadıxov

Metronun "İçərişəhər" stansiyasının yaxınlığındakı bağda (Filarmoniyanın arxasında) yerləşən "Vahid" Poeziya Evini Bakıda tanımayan yoxdur. Bura mədəniyyət və incəsənət nümayəndələrinin, xüsusilə də yaşlı muğam ifaçıları, şair və yazıçıların Bakıda ən çox üz tutduğu məkandır. Xüsusilə yay aylarında poeziya evində oturmağa yer olmur. Burada təkcə ədəbi-bədii məclislər keçirilmir, Poeziya Evi həm də qocaman sənətkarların, eləcə də adi vətəndaşların söhbətləşdiyi, çay içdiyi, nərd və domino oynadığı ən yaxşı istirahət məkanıdır.

TrendLife-a məlum olub ki, paytaxt sakinləri bir müddət "Vahid" Poeziya Evinin xidmətindən məhrum olacaqlar. Buna səbəb mədəniyyət ocağının təmirə dayandırılmasıdır. Poeziya Evinin direktoru Şahin Verdiyev TrendLife-a bildirib ki, bir-iki günə təmir işlərinə başlanılacaq. Amma təmir-bərpa işlərinin nə vaxt yekunlaşacağı məlum deyil.

Qeyd edək ki, ustad qəzəlxanın adını daşıyan Poeziya Evi artıq hasara alınıb və sabahdan onun qapıları bağlanacaq.

Xəbər lenti

Xəbər lenti