...

Türkiyənin Tekirdağ bölgəsində azərbaycanlının cəsədi tapılıb

Cəmiyyət Materials 7 İyul 2008 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir S.İlhamqızı/ Türkiyənin Tekirdağ bölgəsinin Çərkəzköy rayonunda Mahir Əhmədov adlı azərbaycanlının cəsədi tapılıb. Bu barədə Türkiyənin Cihan Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, əynindəki paltarı ilə torpağa basdırılmış cəsədin kimliyi araşdırılarkən məlum olub ki, mərhum bu il iyunun 8 - də Azərbaycandan Çərkəzköyə gəldikdən bir gün sonra itkin düşüb. Mərhumun Qarabağ müharibəsi iştirakçısı Mahir Əhmədov olduğu güman edilir. Araşdırmalar davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti