...

Azərbaycanlı pianoçu Tbilisi filarmoniyasının açılışında iştirak edəcək

Cəmiyyət Materials 26 İyul 2008 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/

Azərbaycanın əməkdar artisti, tanınmış pianoçu Murad Adıgözəlzadə "Payızlı Tbilisi" adlı festivala dəvət alıb. "Oktyabrın əvvələrində Cansuqa Kaxidze adına Tbilisi filarmoniyasının zalı tam təmir olunacaq. Və mən "Payızlı Tbilisi" adlı nüfuzlu festivalda dostum bəstəkar, dirijor, menecer Vaxtanq Kaxidze ilə birlikdə çıxış edəcəm.Bu festival təmirdən sonra zalda ilk hadisə olacaq". Bu sözləri TrendLife-a M. Adıgözəlzadə söyləyib.

Xəbər lenti

Xəbər lenti