...

Azərbaycanda dünyadakı dini vəziyyətin müzakirəsinə dair beynəlxalq sammit keçiriləcək (video)

Cəmiyyət Materials 7 Avqust 2008 14:51 (UTC +04:00)
Azərbaycanda dünyadakı dini vəziyyətin müzakirəsinə dair beynəlxalq sammit keçiriləcək (video)

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir İ.Əlizadə/ BMT Baş katibi Pan Gi Munun dünyadakı dini vəziyyətin müzakirəsinə dair Azərbaycanda keçirilcək beynəlxalq sammitdə iştirak etmək üçün Azərbaycana səfəri gözlənilir.

"Beynəlxalq toplantının gələn il keçirilməsi nəzərdə tutulur", cümə axşamı jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

Trend -un arayışı: 2009-cu ilin oktyabrında Azərbaycanda dünyadakı vəziyyətə dair beynəlxalq konfrans keçiriləcək.

"BMT-nin rəhbərliyi bildirdi ki, Azərbaycanda dini sammitin keçirilməsini dəstəkləyir və tədbirin baş tutmasına dəstək verəcək", - deyə o əlavə edib.

Paşazadə qeyd edib ki, sammitdə həm katoliklər, həm pravoslavlar, həm də yəhudilər iştirak edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti