...

Azərbaycan prezidenti tərəfindən miqrasiya proseslərinin idarə olunmasına nəzarətin gücləndirilməsi tapşırığı verilib – Prezidentin İcra Aparatının şöbə müdiri

Cəmiyyət Materials 8 Avqust 2008 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan prezidenti İlham Əliyev miqrasiya sahəsində dövlət siyasəti, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət ayırır. Bu barədə cümə günü Trend a Prezidentin İcra Aparatı hüqüq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.

Onun sözlərinə görə, miqrasiya üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər Nazirlər Kabinetinin dövlət başçısının sədrliyi ilə keçən və 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan geniş iclasında mühüm yer tutub.

İclasda Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatının cəlbediciliyinin, təbii olaraq, miqrasiya proseslərinin dinamikasına da təsir etdiyi qeyd olunub. Buna stabil siyasi-iqtisadi vəziyyət, ölkədə ictimai-siyasi nizam-intizamın təmin olunması ,təhlükəsizlik və Azərbaycan cəmiyyətində mövcud tolerantlıq da imkan yaradır.

2006 -cı ildə prezident 2006 -2008 -ci illərdə Miqrasiya haqqında Dövlət Proqramını təsdiq edib. Burada miqrasiya siyasətinin prioritet istiqamətləri müəyyən olunub, həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi üzrə tədbirlərin görülməsi, institusional mexanizmin yaradılması, miqrasiya proseslərinin idarə olunmasında yeni informasiya texnologiyalarının tətbiq edilməsi nəzərdə tutulub.

Fuad Ələsgərovun sözlərinə görə, Proqramın icrası üzrə 2007- ci ildə dövlətin miqrasiya sisyasətinin həyata keçirilməsi, miqrasiya proseslərini nizamlamaq və proqnozlaşdırmaq, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradılıb. Miqrasiyanın idarə olunması sahəsində dövlət orqanlarının səlahiyyətləri dəqiqləşdirilib.

Eyni zamanda, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi üzrə işə başlanılıb. 2007-ci ildə Azərbaycanda biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Proqramı qəbul olunub. Bu sistemin məqsədlərindən biri qeyri-leqal miqrasiya ilə mübarizədir. Əmək miqrasiyasının nizamlanması mexanizminin təkmilləşdirilməsi üzrə tədbirlər görülüb.

Etibarlı uçot - nəzarət sisteminin yaradılması məqsədilə idarələrarası "Giriş-çıxış və qeydiyyat" avtomatlaşdırılmış informasiya-axtarış sisteminin təkmilləşdirilmsəsi üzrə tədbirlər həyata keçirilib, miqrasiya sahəsində vahid informasiya sistemi üzərində iş başa çatmaq üzrədir. Sərhəd - keçid məntəqələrində miqrasiya servislərinin yaradılması işlərinə başlanılıb. Bu, ölkəyə daxil olan əcnəbiləri ölkədə olma və yaşama qaydaları barədə informasiya ilə təmin edəcək. Prezident Aparatının şöbə müdiri bildirib ki, hazırda Miqrasiya Məcəlləsi layihəsi hazırlanır, Avropa ölkələrinin qanunvericiliyi və təcrübəsi öyrənilir.

Dövlət başçısının təşəbbüsü ilə 2008 -ci il iyunun 24 -də Parlament tərəfindən miqrasiya və vətəndaş məsələlərini nizamlayan qanunvericilik aktına əlavə və dəyişikliklərin tətbiq edilməsini nəzərdə tutan Qanun qəbul olunub. Avqustun 6 -da Azərbaycan Respublikası prezidenti tərəfindən Miqrasiyanın idarə olunma sisteminin inkişafı bardə Fərman imzalanıb.

Qanunvericiliyə edilən son dəyişiklikləri şərh edən Ələsgərov bildirib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müvəqqəti qalma müddəti müəyyən olunub, onlara Azərbaycanda müvəqqəti və daimi yaşama hüququ verən mexanizm hazırlanıb, mühacir statusu alan şəxslər üçün sənədlərin növləri təsdiq edilib, əcnəbilərin qeydiyyat sistemi təkmilləşdirilib, miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət gücləndirilib, Azərbaycan vətəndaşlığına qəbul üzrə əlavə meyarlar müəyyən olunub.

Fərmana gəldikdə isə, burada dövlət başçısı miqrasiya sahəsində idarəetmə və nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət orqanları fəaliyyətinin əlaqələndirilməsinin yaxşılaşdırılması, həmçinin, miqrasiya qanunvericiliyinin fasiləsiz icrasına görə, onların məsuliyyətinin artırılmasına istiqamətlənmiş bir sıra konkret göstərişlər verib. Bundan əlavə, Fərmanda, səlahiyyətlərinə yuxarıda göstərilən Qanun ilə nizamlanan məsələlərin həlli aid olan dövlət strukturları müəyyən olunub, bu qanunun tətbiqini təmin edən bir sıra qanundan törəmə aktların hazırlanması üzrə göstərişlər yer alıb.

Xəbər lenti

Xəbər lenti