...

Azərbaycanın dövlət büdcəsindən maliyyə yardımı ayrılan QHT-lərin adları açıqlanıb

Cəmiyyət Materials 14 Avqust 2008 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2008 - ci ildə dövlət büdcəsindən 191 QHT-yə maliyyə yardımı ayrılması haqqında qərar qəbul edib.

"Müxtəlif sahələrdə fəaliyyət göstrən 191 QHT-yə bir milyon iki yüz min manat maliyyə yardımı ayrılacaq" - cümə günü QHT-lərə maliyyə yardımının ayrılması ilə bağlı keçirilən təqdimat mərasimində Şuranın sədri Azay Quliyev bildirib.

Trend -un arayışı: Azərbaycanda iki mindən artıq QHT var.

Quliyev qeyd edib ki, iyunun 12-dən iyulun 2-dək 15 prioritet istqamət üzrə Şuraya 361 layihə təqdim olunub; 290 - Bakı şəhəri, 71 - regional QHT-lər tərəfindən təqdim olunub. "Şura katibliyinin ilkin araşdırmasından sonra, 24 layihə qaydalara uyğun olmadığından, geri qaytarılıb".

QHT-lərə ayrılan maliyyə yardımının minimum məbləgi iki, maksimum məbləği isə 12 min manatdır.

Şura sədri qeyd edib ki, QHT-lərə layihələrini təqdim etmək üçün hər cür şərait yaradılıb və ictimai əhəmiyyəti nəzərə alınıb. Quliyev hesab edir ki, dövlət tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsi müsbət sosial dəyişikliklərə gətirib çıxaracaq.

Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, dövlət QHT sektorunun inkişafı prosesindən kənarda qala bilməz.

"Demokratik cəmiyyətləri siyasi partiyalar, QHT-lər və azad mətbuat institutları olmadan inkişaf etdirmək mümkün deyil. Ona görə də bu sahələrin inkişafı Azərbaycan dövlətinin diqqət mərkəzindədir".

Həsənov vurğulayıb ki, əvvəlki dövrlərdə dövlət QHT-lərə rəqib kimi baxırdı. İndi bu münasibət dəyişib və hakimiyyət QHT-ləri öz tərəfdaşı kimi qəbul edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti