...

Azərbaycanlı deputat Bakıdakı məsciddə baş verən partlayışın dini qruplaşmalar arasında münasibətlərin aydınlaşdırılması ilə bağlı olduğunu istisna etmir

Cəmiyyət Materials 18 Avqust 2008 14:30 (UTC +04:00)
Azərbaycanlı deputat Bakıdakı məsciddə baş verən partlayışın dini qruplaşmalar arasında münasibətlərin aydınlaşdırılması ilə bağlı olduğunu istisna etmir

Azərbaycan, Bakı, 18 avqust/ Trend , müxbir C.Babayeva/ Bakının Əbu Bəkr məscidində törədilən təxribat dini şəxslər və qruplaşmalar arasında münasibətlərin aydınlaşdırılması ilə bağlı ola bilər, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri ürzə daimi komissiyasının üzvü Zahid Oruc hesab edir.

Bazar günü yerli vaxtla təxminən saat 21.00-da Bakının Əbu Bəkr məscidində aşxam namazı zamanı partlayış baş verib. Şahidlərin sözlərinə görə, naməlum şəxs məcsidin pəncərəsini daşla sındırıb və içəri iki RQD-1 əlqumbarası atıb. Rəsmi məlumata görə, nəticədə üç nəfər həlak olub, dörd nəfər yaralanıb.

Baş verən hadisə ilə əlaqədar hələ ki heç kim saxlanılmayıb. Baş vermiş hadisənin səbəbləri və hadisənin terror aktı olub-olmadığı aydınlaşdırılır.

"Məsciddə təxribatın törədilməsində müəyyən məqsəd və maraqları var. Azərbaycanda müxtəlif məscidlərin ətrafında dini yönəlmələr var. Onlar müxtəlif dini cərəyanlara meyl göstərirlər", - Oruc bazar ertəsi Trend -a bildirib.

Onun sözlərinə görə, Bakının Əbu Bəkr məscidində təxribat təəssüf və narahatlıq doğurur. Belə ki, qurbanlar və zərər çəkənlər var və partlayış müqəddəs yerdə baş verib. "Yanlış fərziyyələrə və günahsızların ittiham olunmasına yol verməmək üçün baş verən hadisənin ciddi təhqiqat və geniş təhlilinin aparılması tələb olunur", - Oruc bildirib.

Əbu Bəkr məscidində əsasən vəhabilər ibadət edirlər. Bu il Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılan əməliyyat zamanı adıçəkilən məsciddən yayılması qanunla qadağan edilən dini kitablar müsadirə edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti