...

Azərbaycanlı şahmatçı Rusiyada keçirilən turnirdə növbəti dəfə heç-heçə edib

Cəmiyyət Materials 21 Avqust 2008 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən, Mixail Talın xatirəsinə həsr olunmuş şahmat turnirində növbəti dəfə heç-heçə edib.

Ukraynalı şahmatçı Ruslan Ponomaryovla qarşılaşan Məmmədyarov sonda xallarını rəqibi ilə yarı bölmək məcburiyyətində qalıb.

Üç turdan sonra hesabında 1,5 xalı olan azərbaycanlı şahmatçı rəqibləri ilə 4-8-ci yerləri bölüşür. Turnir cədvəlinə hesabında 2,5 xalı olan Aleksandr Morozeviç başçılıq edir.

Məmmədyarov növbəti turda ukraynalı qrossmeyster Vasili İvançukla görüşəcək.

Talın xatirə turnirinin mükafat fondu 200 min ABŞ dollarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti