...

Azərbaycanlı gimnast İstanbulda keçirilən "Bosfor Kuboku"nda qızıl medal qazanıb

Cəmiyyət Materials 16 Sentyabr 2008 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr / Trend / 14 yaşlı azərbaycanlı gimnast Elvin Ağadadayev İstanbulda keçirilmiş "Bosfor kuboku" beynəlxalq turnirində qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasının verdiyi məlumata görə, o, birinci yeri at üzərində tapşırıqları yerinə yetirməklə qazanıb, səhvsiz bütün dövrə və dönüşləri yerinə yetirib və Türkiyə idmançısına hətta qızıl medal haqqında düşünməyə belə imkan verməyib.

"Bu hələ son deyil, - turnirdə özünü hakimlər kollegiyasında savadlı və ədalətli göstərmiş beynəlxalq dərəcəli hakim Rza Əliyev deyib. Elvin İstanbuldan  bürüncü medalı da aparıb. O, gözləniləndən də artıq yüksək nəticə göstərib. Buna görə o, hakimlərin hörmətini, rəqiblərin heyrətini və dünya mütəxəssislərinin yüsək rəğbətini qazanıb. Bu, Elvinin beynəlxalq meydanda debütü olub və baxın - Əhmət Comərt idman kompleksində Azərbaycanın əzəmətli himni altında və üç rəngli bayrağımızın qaldırılması ilə bu necə də uğurlu alınıb".

Bu halda çatışmayan "gümüşü" komanda üçün onun lideri Şakir Şıxəliyev əldə edib. Son Avropa çempionatının iştirakçısı özünün brüslar üzərindəki mürəkkəb hərəkətlərini başa vurub və təcrübəli fransız gimnastını bir baldan artıq qabaqlayıb.

"Bu, Azərbaycan gimnastikasının 1995-ci ildən bəri ilk böyük uğurudur. İranda keçirilən turnirlərdə fəxri kürsüdə Kamran Fərzəliyevin necə dayanması yadımdadır. Bu qələbəyə yol faziləsiz təlim məşq toplanışlarından keçib: Elvin həm Bakıda, həm də Moskvada məşq edib, Şakir isə Minskdə üç aylıq təlimlərdə olub. Onların qələbəni dadması onlarla işləyən bütün mütəxəssislərin böyük xidmətidir", - məşqçi Rüfət Abbasov deyibr.

İndi gimnastlar növbəti yarışlara hazırlaşacaqlar. Birinci yarış noyabrda Ştutqartda keçiriləcək dünya Kubokunun mərhələsidir. Oktyabrdan etibarən Şıxəliyev növbəti turnirlərə daha da yaxşı hazırlaşmaq və yığılmış optimal formanı itirməmək üçün Almaniyaya təlim məşq toplanışlarına yola düşəcək

Xəbər lenti

Xəbər lenti