...

AŞ PA Azərbaycanda jurnalistlərin həbsdə olmasından narahatdır

Cəmiyyət Materials 18 Sentyabr 2008 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda seçkini müşahidə missiyası hesab edir ki, prezident seçkisi ərəfəsində jurnalistlərin həbsdə olması müsbət hal deyil.

"Prezident seçkisi ərəfəsində jurnalistlərin həbsdə olması müsbət hal deyil" - cümə axşamı Bakıda keçirilən mətbuat konfransında AŞ PA-nın Azərbaycanda prezident seçkisini müşahidə missiyasının rəhbəri Andres Herkel bildirib.

Trend - un arayışı: Azərbaycanda üç jurnalist - müxalifətyönlü "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, həmn qəzetin əməkdaşı Mirzə Sakit və "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev həbsdədir.

Herkel qeyd edib ki, Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərdə hazırda həbsdə olan jurnalistlərin azadlığa buraxılması məsələsini müzakirə ediblər: "Avropa Şurası həbsdə olan jurnalistlərin məsələsini həmişə diqqət mərkəzində saxlayır. Bakıya səfərimiz zamanı da bu məsələni müzakirə etmişik".

O deyib ki, nümayəndə heyəti Azərbaycan prezidenti tərəfindən imzalanan son əfv fərmanını alqışlayır.

Herkel qeyd edib ki, Azərbaycanda növbəti əfv fərmanının imzalanacağına ümid edir: "İnanırıq ki, prezident seçkisindən əvvəl və ya ondan sonra, Azərbaycanda növbəti əfv fərmanı imzalanacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti