...

Azərbaycanın cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısı alınıb

Cəmiyyət Materials 1 Oktyabr 2008 15:25 (UTC +04:00)
Azərbaycanın cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 01 oktaybr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Ədliyyə Nazirliyinin Pentensiar Xidməti cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların ötürülməsi cəhdlərinin qarşısını alıb.

Sentyabırn 30 - da məhkum Valeh Heybətovun yanına qısamüddətli görüşə gəlmiş bibisi oğlunun gətirdiyi sovqata həbsxananın nəzarət - buraxılış məntəqəsində baxış keçirilən zaman 4 ədəd mal əti konserv qutusunun içərisində gizlədilmiş dörd ədəd mobil telefon aparatı, həmin aparatlar üçün nəzərdə tutulmuş elektrik qidalandırıcılar, qulaqcıqlar, elektrik batareyalar və GSM kartrları aşkar edilərək götürülüb, - çərşənbə günü Trend - a Pentensiar Xidmətdən məlumat verilib.

Məhkum Heybətov Cinayət Məcəlləsinin oğurluq (177.1-ci), soyğunçuluq (180.2.2-ci) maddələri üzrə 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məlumatda o da bildirilib ki, Pentensiar Xidmətin tabeçiliyində olan həbsxanada analoji cəhd sentyabrın 18 - də də qeydə alınıb. 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Nicat Məmmədovun yanına qısamüddətli görüşə gəlmiş əmisi oğlunun gətirdiyi sovqata həbsxananın nəzarət - buraxılış məntəqəsində baxış keçirilən zaman hazır yemək məhsulunun qablaşdırılıdığı vedrənin alt hissəsində düzəldilmiş gizli saxlanc yerindən iki ədəd mobil telefon aparatı, aparatlar üçün nəzərdə tutulmuş elektrik qidalandırıcıları və qulaqcıqlar aşkar edilərək götürülüb.

Pentensiar Xidmət faktlarla bağlı araşdırma aparır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti