Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanda oktyabr ayının ortalarınadək qeyri- sabit hava şəraiti gözlənilir.
Sabahdan etibarən son günlər Azərbaycanda müşahidə olunan mülayim hava dəyişəcək və oktyabrın ortalarınadək ölkə ərazisində qeyri - sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti məlumat verib.
Bəzi yerlərdə yağıntıların intensiv olacağı, gözlənilən intensiv yağışlarla əlaqədar, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel olacağı ehtimalı var.
Göstərilən müddətdə şimal - qərb küləyi güclənəcək, temperatur tədricən 3 -5 dərəcə düşəcək.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]