...

Ombudsman əsir əsgərin Azərbaycana qaytarılmasına gömək göstərməsi üçün Qızıl Xaç Komitəsinə müraciət edib

Cəmiyyət Materials 24 Oktyabr 2008 19:36 (UTC +04:00)

Azərbayan, Bakı, 24 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Azərbaycan ordusunun ermənilər tərəfindən əsir götürülən əsgəri Rafiq Həsənovun geri qaytarılmasına gömək göstərməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyinin rəhbərinə müraciət edib. "Rafiq Həsənovun mümükün qədər tez Azərbaycan tərəfinə qaytarılmasına gömək göstərməyinizi xahiş edirəm", - deyə məktubda qeyd olunub.

Trend - un arayışı: Azərbaycan Ordusunun əsgəri, 1989 - cu il təvəllədlü Həsənov Rafiq Rəhman oğlu Ermənistan hərbçiləri tərəfindən oktyabrın 8 -də qoşunların təmas xəttində əsir götürülüb.

Ombudsman Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsindən, eyni zamanda Azərbaycan ordusunun əsgərinin əsirlikdə olduğu müddətdə işgəncə, insan ləyaqətini alçaldan rəftar və ya cəzaya, hər hansı zorakılığa məruz qalmamasının təmin edilməsini, təşkilatın regional nümayəndəlikləri vasitəsilə əsirin vəziyyətinin nəzarətdə saxlanılmasına gömək göstərməyi xahiş edib.

Süleymanova qeyd edib ki, Ermənistan tərəfindən mütəmadi olaraq Azərbaycan hərbçilərinin və mülki şəxslərin əsir və girov götürülməsi cəmiyyətdə böyük narahatlıq yaradır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti