Azərbaycan, Bakı, 07 noyabr / Trend Life, müxbir Eldar Hüseynzadə /
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT Beynəlxalq Turizm Təşkilatının strateji qrupunun noyabrın 6 - dan 8 - dək Madriddə keçirdiyi 2030 - cu ilədək turizm layihələrinin müzakirələrində iştirak edir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovun TrendLife-a verdiyi məlumata görə, tədbirdə turizmin inkişaf perspektivləri, qlobal dünya disbalansı və digər məsələlər də müzakirə olunur. Qarayev Madriddən Düşənbəyə yollanacaq və burada noyabrın 9-dan 12-dək keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində iştirak edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]