Azərbaycan, Bakı, 14 noyabr/ Trend News, müxbir R.Ergün/ Türkiyənin birinci liqasında çıxış edən "Boluspor" klubunun baş məşqçisi Serhat Güller azərbaycanlı futbolçu İlqar Qurbanovun komandanın yarımmüdafiə xəttini gücləndirdiyini bildirib.
"Sakaryaspor"la görüşdə qələbəmizə çox sevinirəm. Amma daha çox komandamızın oyunun sonuna kimi yorulmadan mübarizə aparmasına sevindim. "Sakaryaspor"un hücumları azalan kimi, İlqar Qurbanovun köməyi ilə daha da güclənən komandamız qələbə qolunu vurdu", -Türkiyə mətbuatına Güller deyib.
Bir neçə gün əvvəl "Sakaryaspor"la keçirilən oyunda Qurbanovun vurduğu yeganə qol "Boluspor" a qələbə qazandırıb.
Baş məşqçi bildirib ki, "Boluspor" bir neçə gün sonra "Adanaspor"la keçirəcəyi oyunda da qələbə qazanacaq.
"Adanaspor"a uduzmaq, ya da heç - heçə etmək üçün çıxmayacağıq. Bu görüşdə mütləq qələbə qazanmalıyıq", - deyə Güller əlavə edib.
Zədəli olduğu üçün ,azərbaycanlı futbolçunun "Adanaspor"la görüşdə iştirakı sual altındadır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]