Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir R.Novruzov/ ABŞ-ın İslam Konfransı Təşkilatındakı (İKT) xüsusi nümayəndəsi Sada Kamber hesab edir ki, Azərbaycan dini tolerantlığı ilə fəxr edə bilər.
"Azərbaycanda mədəniyyətlər və dinlərarası vəziyyət yaxşıdır", - deyə cümə günü Bakıda jurnalistlərə ölkədə səfərdə olan Kamber bildirib. O bildirib ki, Azərbaycanda xristianlar, müsəlmanlar və yəhudilər öz dini etiqadlarında tam azaddırlar.
Kamberin sözlərinə görə, ABŞ-ın məqsədi bütün insanların dinindən asılı olmayaraq dinc və stabil yaşamasından ibarətdir.
Kamber Azərbaycana səfəri çərçivəsində cümə günü Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşkür Paşazadə ilə görüşüb, həm Azərbaycan, həm də bütün region və dünyadakı dini vəziyyəti müzakirə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]