Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir C. Babayeva/ Məşhur rus tarixçi-qafqazşünası, Azərbaycanın görkəmli sərkərdələrilə bağlı kitabların müəllifi Rudolf İvanov hesab edir ki, Cəmşid Naxçıvanskiyə abidə qoyulması Azərbaycanın mənəvi borcudur.
"Naxçıvanskinin dəfn olunduğu Moskva ətrafındakı "Kommunarka - Loza" qardaşlıq məzarlığında onun barəsində heç bir məlumat yoxdur. Bu naməlum məzarlıqdır və orada hamının xatirəsinə ağacdan sadə xaç qoyulub. Təkcə Naxçıvanski üçün yox, orada uyuyan bütün azərbaycanlılara abidə qoyulması Azərbaycanın mənəvi borcudur", - İvanov Bakıda Trend -un müxbirinə bildirib.
İvanovun "Sovet İttifaqının adı ilə" kitabı - Naxçıvanski barədə tarixi monoqrafiyadır. Orada əfsanəvi Naxçıvan xanlarının sülaləsindən sonuncu generalın, imperialist müharbiənin qəhrəmanı, sərkərdə, Stalin repressiyalarının qurbanının faciəvi taleyindən bəhs olunur. Kitab müəllifi Azərbaycan xalqının saxta ittihamla üç dəfə (1920, 1931, 1938) həbs olunan və iki dəfə güllələnməyə məhkum edilən böyük oğlunun həyatınakı parlaq hadisələri təsvir edir. İvanov arxivlərdən Stalinin Cəmşid Naxçıvanskiyə çıxarılan güllələnmə hökmünün sürgünlə əvəz olunması barədə əmrini tapıb.
Kitab Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın şəxsi təşəbbüsü və yardımı ilə nəşr olunub.
İvanovun sözlərinə görə, Azərbaycan ictimaiyyətinin nümayəndələrini bir neçə dəfə Moskva ətrafında yerləşən "Kommunarka - Loza" obyektini ziyarətə dəvət edib.
"Amma fərdi şəxslərdən və Naxçıvandan olan dostlarımdan başqa heç kəs məzarlığı ziyarət etməyib. Mənə bir qədər ağrılı və qorxuludur. Bizim formal olaraq itmina etdiyimiz keçmiş irsin ruhu hələ də ürəklərimizin dərinliyində yaşayır. Bu gün mənəviyyat, xalq yaddaşının qorunması qayğısını hər şeydən əvvəl dövlət gerçəkləşdirməlidir. Dövlətin öz içərisində, strukturları arasında elə özəkləri olmalıdır ki, abidələrin qoyulmasını maliyyələşdirsin. Biz bunun üçün vəsait əsirgəməməliyik", - İvanov deyib.
Rus tarixçi-yazıçısının sözlərinə görə, Bakının mərkəzindəki Nizami küçəsində Naxçıvanskinin yaşadığı evin üzərindəki lövhədə onun ölüm tarixi düzgün göstərilməyib: "Mən Naxçıvanskinin güllələndiyi tarixi dəqiqləşdirmişəm. Bu may ayında deyil, 1938-ci ilin avqust ayında olub, lövhədə isə mayın 20-si göstərilir. Bu ədalətsizliyin bərpa olunması xahişilə Bakı şəhərinin meri Hacıbala Abutalıbova müraciət etdim. İnsanı hətta bir gün də əvvəldən dəfn etmək olaz", - İvanov bildirib.
İvanov ikicildliyinin təqdimatını Cəmşid Naxçıvanskinin adını daşıyan laynerdə təşkil etmək niyyətindədir. "Mərhum Heydər Əliyev Naxçıvanskinin adının yeni laynerlərdən birinə verilməsi barədə sənədə imza atıb. O zaman briqada komandiri Naxçıvanskinin adına daşımağa layiq layner yox idi. Düşünürəm ki, bu gün belə layner təşkil etmək olar", - tarixçi-yazıçı deyib.
Müəlliflə əlaqə ünvanı: [email protected]