...

Zeynəb Cavadlı Xorvatiyada ikinci, Şakir Şıxəliyev ikiqat Azərbaycan çempionu olub

Cəmiyyət Materials 1 Dekabr 2008 15:10 (UTC +04:00)

Azərbaycan gimnastı Zeynəb Cavadlı bu günlərdə Xorvatiyada keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb. Ölkənin Gimnastika Federasiyasından verilən məlumata görə, 17 yaşlı bakılı idmançı ip, çənbər, gürz və lentlə çıxışının yekununda 63.635 bal toplayaraq, ikinci yeri tutub. Qalib rusiyalı Vera Sesina olub, "bürünc"ü xorvatiyalı Anna Marii Zjelimorski qazanıb.

"Yarış proqramında ayrı-ayrı növlər üzrə finallar da nəzərə alınsaydı, mən həm də minimum iki dəfə medal podiumuna qalxardım", - Zeynəb Zaqrebin Pleso hava limanının gözləmə zalında bir qədər təəssüflə bildirib: "Amma bu o demək deyil ki, mən öz yeganə mükafatımdan razı deyiləm - qətiyyən! Zaqreb turniri keçib getməkdə olan ildə mənim üçün sonuncudur, buna görə də mən onu major simlə yekunlaşdırıram".

Cavadlı bir müddət əvvəl Tokioda dünya klub çempionatının bürünc medalçısı olub və Bratislavada Qran-pri final oyununda beşinci yeri tutub.

Yaxın həftəsonu azərbaycanlı ginast qızları İtaliyada klub çempionatının A1 seriyasından olan final turu gözləyir. Dekabrın 6-da Folinyo qəsəbəsində Aliyə Qarayeva "Ardor", Anna Qurbanova "Komense-1872" klubunun şərəfini qoruyacaq.

Bu ərəfədə Bakıda Azərbaycanın idman gimnastikası üzrə 15-ci çempionatı başa çatıb. Yarışlarda paytaxtın, eləcə də Sumqayıt və Balakənin idman cəmiyyəti klublarının təmsilçisi olan 67 gimnast iştirak edib.

İkinci ildir ki, idman ustları arasında Şakir Şıxəliyev Azərbaycan çempionu adını qazanıb. Atla təlim, tir, halqa, dayaq sıçrayışı, köndələn tirdə və sərbəst kombinasiyalarda o, 46.3 bal toplayıb. Ondan təxminən 6 bal geridə Elvin Ağadadayev olub, çempionun qardaşı Faiq Şıxəliyev 10 xal toplayıb.

İdman ustalığına namizədlər arasında yenə də 48.2 bal toplayan Ruslan Balakişiyev ən yaxşı olub. "Gümüş"ü Yevgeniy Samarkin (41.9), "bürünc"ü Uğur Xəllibəyli (41.3) qazanıb.

Birinci kateqoriyadan olan gimnastlar arasında qalib adını Anar Əlihəsənov - 42.6 balla, ikinciliyi Altay Əhədov (42.5), üçüncülüyü İlqar Əhmədli (42.4) qazanıb.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti