...

Azərbaycanda elmin inkişaf strategiyası hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub

Cəmiyyət Materials 11 Dekabr 2008 13:28 (UTC +04:00)
Azərbaycanda elmin inkişaf strategiyası hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda elmin inkişaf strategiyası hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub, Trend -un məlumatına görə, cümə axşamı jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib.

"Yaxın günlərdə strategiya ilə bağlı komissiya üzvlərinin rəyi öyrəniləcək və təsdiq olunacaq", - Kərimov deyib.

2009-2015-ci illəri əhatə edəcək sənədin icra mexanizmi üçün proqram hazırlanır. Proqramda elmin bütün sahələri üzrə görüləcək işlər əksini tapacaq və elmin maliyyələşdirilməsi, beynəlxalq əlaqələr və s. məsələlərlə bağlı həyata keçiriləcək tədbirlər müəyyənləşdiriləcək.

Kərimov deyib ki, bundan əlavə "Elm Fondu"nun yaradılması üçün onun əsasnaməsi və mexanizmi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Əsasnamə təsdiq olunandan sonra fond fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, fondun yaradılmasında məqsəd elmin inkişafında hazırlanan layihələrin maliyyələşdirilməsidir.

"Layihələr ekspertizadan keçiriləcək və qalib layihələr, proqramlar fond tərəfindən maliyyələşdiriləcək", - Kərimov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti