Azərbaycan, Bakı, 24 dеkаbr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın 21 yaşlı futbolçulardan ibarət yığma komandası (U-21) 19 yaşlılardan ibarət milli komanda (U-19) ilə yoxlama oyunu keçirib. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən məlumat verilib.
Sumqayıtdaki Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilən oyunda U-21 2:0 hesabı ilə qalib gəlib.
U-21-in baş məşqçisi almaniyalı Bernhard Lippertdir.
Oyunda hər iki qolu "Neftçi" klubunda çıxış edən Cavid İmamverdiyev vurub.
U-19-un baş məşqçisi Yaşar Vahabzadədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]