...

Azərbaycanın yunan-roma güləşçiləri beynəlxalq turnirdə iştirak edəcəklər

Cəmiyyət Materials 8 Yanvar 2009 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın yunan-roma güləşi üzrə yığma komandası Rusiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Bu barədə Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.

Yunan-roma güləşi üzrə beynəlxalq turnir Rusiyanın Ryazan şəhərində təşkil olunacaq. Yanvar ayının 15-də başlayacaq turnir beş gün davam edəcək.

Azərbaycan yığma komandası turnirdə 9 güləşçi ilə təmsil olunacaq.

Beynəlxalq turnirdə uğurlu çıxış edən idmançılar bu ilin fevral ayında, Fransada keçiriləcək yunan-roma güləşi üzrə dünya kuboku yarışında iştirak etmək imkanı qazanacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti