...

Azərbaycanın Gəncə şəhərində və ətraf rayonlarda uşaq futbolu inkişaf etdiriləcək - Futbol Federasiyasının sədri

Cəmiyyət Materials 9 Yanvar 2009 13:16 (UTC +04:00)
Azərbaycanın Gəncə şəhərində və ətraf rayonlarda uşaq futbolu inkişaf etdiriləcək - Futbol Federasiyasının sədri

Azərbaycan, Bakı, 09 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın Gəncə şəhərində yeni yaradılan Futbol Federasiyasının əsas məqsədi şəhərdə uşaq futbolunun inkişafına nail olmaqdır.

"Məqsədimiz Gəncədə və ətraf rayonlarda uşaq futbolunu inkişaf etdirməkdir", - cümə günü Trend -a Gəncə Futbol Federasiyasının (GFF) sədri, Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev deyib.

Yeni yaradılan Gəncə Futbol Federasiyasına qərb rayonları olan Gəncə şəhəri, Şəmkir, Daşkəsən, Goranboy, Göy-Göl, Samux və Gədəbəy rayonları daxil edilib.

Hazırda Azərbaycanın futbol çempionatında Gəncəni heç bir klub təmsil etmir.

Gəncənin "Kəpəz" klubu 2005-ci ildə maliyyə problemlərinə görə fəaliyyətini dayandırıb. Azərbaycanın ən titullu klublarından olan "Kəpəz" dəfələrlə ölkə çempionatının və kubokunun qalibi olub.

Azərbaycan çempionatının növbəti mövsümündən etibarən, "Kəpəz"in fəaliyyətini bərpa edəcəyi gözlənilir.

Fətiyev deyib ki, Gəncə futbolunun böyük ənənəsi və perspektivi var və federasiya çalişacaq ki, bölgədə futbolu dirçəltsin.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti